YouTube 2022-ci ilin ən populyar videolarını AÇIQLADIbackend

YouTube 2022-ci ilin ən populyar videolarını AÇIQLADI

YouTube videohostinqi 2022-ci ilin ən populyar videolarının siyahısını dərc edib.

KONKRET.az xəbər verir ki, birinci pillədə xərçəngdən dünyasını dəyişən “Technoblade” ləqəbi ilə tanınan məşhur amerikalı youtuber Aleksandrın izləyicilərinə videomüraciəti yer alıb.

Videoblogger 30 iyun 2022-ci ildə vəfat edib. Onun ölümündən sonra abunəçilərinə yazdığı mesajı atası oxuyub. “Əgər buna baxırsansa, deməli, mən ölmüşəm. Daha 100 həyatım olsaydı, onların hər birində yenidən Technoblade olmaq istərdim “deyə atası Alexdən sitat gətirib.Videoya 87 milyondan çox baxış olub.

İkinci yerdə Oskar mərasimində aktyor Uill Smitin həyat yoldaşına qarşı xoşəgəlməz zarafat etdiyinə görə ev sahibi Kris Rokun üzünə yumruq vurduğu videoçarxdır.

Üçüncü pillədə 2022-ci ildə kimliyini açıqlayan və ilk dəfə üzünü göstərən Dream ləqəbi ilə Minecraft streymerindən bir video yer alıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*