“YouTube TV” də qiymətləri qaldırdıbackend

"YouTube TV" də qiymətləri qaldırdı

“Google”a məxsus yayım xidməti olan “YouTube TV” abunəçilərinə yeni qiymət artımı tətbiq edəcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, “YouTube”da televiziya kanallarına və daha çoxuna baxmağa imkan verən platforma dünyanın bir çox ölkəsində populyardır.

“Google”un açıqlamasına görə, yeni abunəçilər üçün 8 dollar artım tətbiq edilib. Beləliklə, aylıq abunə qiyməti 73 dollara yüksəldilir.

Mövcud abunəçilər üçün aprelin 18-dək qiymət artımı tətbiq olunmayacaq.

“Google” “YouTube TV”də məzmun üçün lisenziya müqavilələrinin yeniləndiyini və ödənilən qonorarın məbləğinin artırıldığını bildirib. Artan xərcləri öz müştərilərinə əks etdirmək məcburiyyətində qaldıqlarını bildirən şirkət maraqlı bir şəkildə 4K Plus paketini ucuzlaşdırıb. Bu plagin ayda 20 dollardan 10 dollara azaldılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*