Yutub video platformasının işində problem yaranıb.
KONKRET.az məlumat verir ki, artıq bir neçə dəqiqə Yutuba daxil olmaq mümkün olmayıb.
Qeyd edək ki, problem Azərbaycanla bərabər, bir çox ölkədə qeydə alınıb.
Artıq platformadakı problem aradan qaldırılıb.