Yüzdən çox maşın Ermənistan-İran yolunda ilişib qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verib. Məlumata görə, Tatev-Çertov körpüsü hissəsində yük avtomobili aşıb. Hər iki tərəfdə böyük tıxac yaranıb.
Yeganə Ermənistan-İran yolunda hərəkət dayanıb, yüzdən çox maşın yolda ilişib qalıb.
Yeni tikilən Tatevdən keçən yol ağır avtomobillər üçün nəzərdə tutulmayıb. Yol dar və çox dikdir.
Xuraman Etibarlı,
KONKRET.az