Yük maşınını Ağ Evə çırpan sürücü Baydeni öldürməyə cəhddə İTTİHAM OLUNURbackend

Yük maşınını Ağ Evə çırpan sürücü Baydeni öldürməyə cəhddə İTTİHAM OLUNUR

Ağ Evin hasarına çırpılan yük maşının sürücüsü Baydeni öldürməyə cəhddə ittiham olunur.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, bu gün Ağ Evin darvazasına çırpılan yük avtomobilinin sürücüsünün məqsədi  ABŞ Prezidentini öldürmək olub.

Sürücü həbs olunub, onun adı açıqlanmır. Polis, ABŞ Məxfi Xidməti və FTB araşdırma aparır.

Sürücü ABŞ Prezidentini, vitse-prezidenti və ya onların ailələrini öldürməklə, qaçırmaqla və ya onlara zərər verməklə hədələməkdə ittiham olunur.

O, həmçinin təhlükəli silahla hücum, federal mülkiyyətə ziyan vurmaq, mühafizə olunan əraziyə qanunsuz daxil olmaq və təhlükəli avtomobil sürməkdə ittiham olunur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*