“Yüksəliş”in qalibinə vəzifə verildibackend

"Yüksəliş"in qalibinə vəzifə verildi

“Azərlotereya” ASC-də yeni təyinat olub.

KONKRET.az-ın Valyuta.az-a istinadən xəbərinə görə, Elnur Abdullazadə “Azərlotereya”da Baş maliyyə direktoru vəzifəsinə təyin edilib. O, 2021-ci ildən “Azərlotereya”da müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, E.Abdullazadə Bakı Mühəndislik Universitetində biznesin təşkili və idarəedilməsi ixtisası üzrə bakalavriat, Almaniyanın Bonn Universitetində (University of Bonn) iqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb. E.Abdullazadə Azərbaycan, Alman, Türk, Rus, İngilis dillərini bilir. O, Yüksəliş Müsabiqəsinin qalibidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*