Yuliya Timoşenko axtarışa verildibackend

Yuliya Timoşenko axtarışa verildi

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko cinayət işi üzrə axtarışa verilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında deyilir.

“Yuliya Vladimirovna Timoşenko Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, – məlumat bazasında deyilir.

Axtarışın hansı maddə ilə aparıldığı açıqlanmayıb.

Qeyd edək ki, Timoşenko 2005-ci və 2007-2010-cu illərdə Ukraynanın baş naziri olub. O, “Batkivşina” fraksiyasının lideridir. Həmçinin MDB məkanında ilk qadın baş nazirdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*