Yunanıstan Liviyaya 3 gün vaxt verdibackend

Yunanıstan Liviyaya 3 gün vaxt verdi

Ötən gün Türkiyə ilə Liviya arasında Aralıq dənizində səlahiyyət sahələrinin məhdudlaşdırılması ilə bağlı imzalanan razılaşma yunanları özündən çıxarıb.

KONKRET.AZ xarici mediaya istinadən xəbər verir ki, rəsmi Afina Liviya səfirinə 72 saat ərzində ölkəni tərk etməsini bildirib. Həmçinin Yunanıstan Höküməti Avropa ölkələrini də Liviyaya qarşı qaldırır.

Öz növbəsində Türkiyə höküməti bütün dünayaya səslənərək razılaşmanın beynəlxalq hüquqa uyğun olduğunu bəyan edib.

Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu Yunansıtanın Liviyaya qarşı etdiyi təhdidlərə cavab verib: “Bir ölkəni təhdid etmək doğrudurmu? Bu gizli bir şey deyil. Liviyadakı səfiri deportasiya edəcəyinizi deyirsizsə, rəsmi Tripoli buna boyun əyməz. Adam kimi istəsəydilər Liviya verərdi. Düşmən münasibət davam edərsə, biz də qarşılığını verərik”.

Mövlut Çavuşoğlu bildirib ki, ölkəsi Liviya ilə münasibətlərini inkişaf etdirmək niyyətindədir.

Hazırladı: Günel MÜSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*