Yunanıstan od içində: Afina ağır vəziyyətdə – FOTObackend

Yunanıstan od içində: Afina ağır vəziyyətdə - FOTO

Yunanıstanın Peloponnes yarımadası və Evbeya adasında meşə yanğınları davam edir.

KONKRET.az xəbər verir ki, bu gün gecədən yanğınlar daha da güclənərək Olimpiya Arxeologiya Muzeyinin binasına yaxınlaşıb.

Hazırda Elida rayonunda 20 ev tamamilə yanıb. Evbeya adasında isə vəziyyət daha kritikdir. Burada 150-yə yaxın ev yanıb.

Yunanıstan Yanğınsöndürmə Xidmətinin məlumatına görə, təkcə 24 saat ərzində onlar 92 meşə yanğını ilə mübarizə aparıblar. Yunanıstan hökumətinin rəsmisi Nikos Hardalias bildirib ki, ən çətin vəziyyət hələ qarşıdadır.

Qeyd edək ki, təkcə iyul ayından bəri Yunanıstanda 1584 meşə yanğını baş verib. Axar.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*