Yunanıstanda azarkeşlərin stadionlara girişinə qadağa qoyuldubackend

Yunanıstanda azarkeşlərin stadionlara girişinə qadağa qoyuldu

Yunanıstanda növbəti iki ay ərzində azarkeşlərin futbol matçı zamanı stadionlara girişi qadağan edilib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Pavlos Marinakis məlumat verib.

Bu qərar fan qruplarının zorakılığını dayandırmaq üçün bir tədbir olaraq qəbul edilib.

2024-cü il fevralın 12-dək futbol oyunlarının təhlükəsiz keçirilməsi ilə bağlı hüquqi şərtlərə tam əməl edilmədikdə, onun tətbiqinin müddətinin uzadılması məsələsinə yenidən baxılacaq.

Qeyd edək ki, stadionda azarkeşsiz ilk oyun “Olimpiakos”un Avropa Liqasında dekabrın 14-də Serbiyanın “Baka Topola” komandası ilə ev oyunu olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*