Yunanıstanın xarici işlər naziri Nikos Dendias huşunu itirdikdən sonra Athos səfərini yarımçıq dayandırıb və Afinaya qayıdıb.
KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstanın “ERT” ictimai televiziyası məlumat yayıb.
Qeyd olunub ki, Dendias çərşənbə günü Athosa gəlib və iki gün müqəddəs dağda qalmağı planlaşdırıb. Bu, xarici işlər nazirinin 2011-ci ildən bəri Athos şəhərinə ilk səfəri olub.
Məlumata görə, səhər saat yeddidə nazir özünü pis hiss edib və huşunu itirib, nəticədə o yerə yıxılıb.
İlkin tibbi yardım göstərildikdən sonra Dendiası Afinaya aparmaq üçün helikopter çağırılıb.
İqbal Rzayev,
KONKRET.az