Yurgen Klopp əsəbiləşdi: “Mən sənin itin deyiləm”- VİDEObackend

Yurgen Klopp əsəbiləşdi: "Mən sənin itin deyiləm"- VİDEO

İngiltərə Premyer Liqasının XII turunda keçirilən “Vest hem” – “Liverpul” oyunundan sonra mersisaydlıların baş məşqçisi Yurgen Klopp (Jürgen Klopp) ilə “BBC Sport” telekanalının müxbiri  Rob Notman arasında maraqlı dialoq baş tutub.

KONKRET.az həmin dialoqu təqdim edir:

Notman: Hakimin hansı qərarlarından narazısınız?

Klopp: Bu barədə soruşmağınız çox maraqlıdır. Hansı vəziyyətdən bəhs etdiyimi başa düşmürsənsə, bu suala cavab vermək istədiyimə əmin deyiləm.

Notman: Yəni ilk qoldan və Alisonun qarşısının alındığından danışırsınız?

Klopp: Səncə, orda heç nə yox idi?

Notman: Mən bura fikir bildirmək üçün gəlməmişəm. Düşünürəm ki, azarkeşlər sizinlə daha çox maraqlanacaqlar.

Klopp: Yəni bu sənin işindir? Öz fikriniz yoxdur? Möhtəşəm. Yaxşı, bu məqama yenidən baxaq. Elə ölkələr var ki, burda qol qərarı verilməlidir və məncə qapıçı bu anda dəstək olunmalı idi. Hakim səhvi Krisvell və Hendersona da oldu. Orda başqa bir həll yolu da ola bilərdi.

Notman: -Yəni siz hesab edirsiniz ki, o, buna görə qırmızı vərəqə almalı idi?

Klopp: Aman Allah… Ciddi deyirəm, mən sənin itin deyiləm. Ümid edirəm ki, sənin bu barədə öz fikrin var.

Xatırladaq ki, oyun 3:2 hesabı ilə “Vest Hem”in xeyrinə nəticələnib.

/fanat.az/

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*