Təyyarə qəzasına görə Rusiya prezidenti Vladimir Putinin telefonla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi və üzr istəməsi Rusiya mətbuatında geniş müzakirə olunur. Rusiyanın bəzi internet kanalları Putinin Azərbaycandan üzr istəməsinə münasibət bildirib və qeyd ediblər ki, Rusiya prezidenti 24 illik hakimiyyəti dövründə ilk dəfədir ki, rəsmən üzr istəyib.
KONKRET.az xəbər verir ki, məsələyə münasibət bildirən rusiyalı hərbi ekspert Yuri Fedrovun fikirincə Putinin üzr istəməsində qeydi-adi bir şey yoxdur: “Baş verənlərin ümumi mənzərəsində yeni bir məsələ görmürəm. Kremlin mətbuat xidmətinin məlumatını diqqətlə oxusanız görərsiniz ki, orada yazılıb: “Təyyarə cədvələ uyğun hərəkət edib və bir neçə dəfə Qroznıya enməyə cəhd edib. Bu zaman hava limanına PUA-ların hücumu haqqında məlumat daxil olub. Bundan sonra orada faciə baş verib”.
Anlamaq lazımdır ki, təyyarə vurulub. Artıq Putin etiraf edib ki, Rusiya Hava Hücumundan Müdafiə Sistemini idarə edən hərbçilər buna görə məsuliyyət daşıyırlar. Yaxşı, bunlardan başqa təyyarəni kim vura bilərdi? Əvvəlcə Rusiyanın bəzi səlahiyyətli orqanları bildirdilər ki, guya təyyarə quş sürüsü ilə toqquşub. Amma bu, mümkün deyildi. Bəzi məsələlərə aydınlıq gətirmək lazımdır. Xalça rejimi planı olub, olmayıb? Görünür bu, baş verib, çünki Rusiya rəsmiləri belə deyirlər. Onda belə bir sual yaranır. Bəs o zaman təyyarə niyə əvvəlcədən xəbərdar edilməyib?
Hava Hücumundan Müdafiə Sistemləri ilə aeroportdakı personal arasında əlaqə çox güman ki, ümumiyyətlə olmayıb. Olubsa da çox zəif rabitə qurublar. Nəticədə təyyarə vurulub. Növbəti sual: Təyyarə niyə yaxınlıqdakı hava limanlarına istiqamətləndirilməyib? Niyə məhz təyyarə Aktauya göndərilib? Halbuki Mahaçqala və Minvod aeroportları daha yaxındır. Hətta zədələnən təyyarəni hərbi aerodromlara da salmaq olardı. Əgər təyyarə zədələnibsə onların borcu zədəli təyyarəni yaxınlıqdakı aeroportlara endirməkdir.
Amma Rusiya hava limanlarının qəbul etmədiyi təyyarə istiqamətini Qazaxıstana tərəf götürüb. Qroznıyla Aktau arasındakı məsafə 400 km-dir, təsəvvür edirsiniz, pilot hansı çətinliklə onu Xəzər dənizinin üzərindən keçirib.
Daha sonra aparıcı xanımın Putin niyə açıq-aşkar üzr istədi? – sualına hərbi ekspertin cavabı belə olub: “Ona görə ki, hər kəs kimi Putin də bilir ki, hadisəni Rusiya hərbçiləri törədib. Eyni zamanda Azərbaycan xalqına da aydın oldu ki, Rusiya rəhbərliyi səmimidir və baş verənlərdən peşmanlıq hissi keçirir.
Putin bildirib ki, biz hadisənin necə baş verməsini araşadıracağıq və günahkarlar cəzalandırılacaq. Məğlub durumu Putin də anlayır və ona görə üzr istədi. Yeganə seçim bu vəziyyətdə ağlabatan davranışdır. Üzr istəmək məsələni yumşaldır”.
Vəli Həsənoğlu,
KONKRET.az
Rusiya heç vaxt səmimi olmayıb. İndi fakt qarşısında çıxılmaz qaldı. Əgər təyyarə dənizə düşsəydi Putinin səmimiliyini təsəvvür edin