Yusufzai əfqan qadınlarla bağlı ÇAĞIRIŞ ETDİbackend

Yusufzai əfqan qadınlarla bağlı ÇAĞIRIŞ ETDİ

Pakistanlı Malala Yusufzai, əfqanıstanda qızların təhsilini diqqətə çəkərək, beynəlxalq ictimaiyyətin tədbir görməyəcəyi təqdirdə bir çox əfqan qızının da onun kimi başından güllə ilə vurula biləcəyi barədə xəbərdarlıq edib.

KONKRET.az xarici KİV-ə istinadən bildirir ki, BMT Təhlükəsizlik Şurasında çıxış edən Yusufzai beynəlxalq ictimaiyyəti əfqan qadın və qızlarının hüquqlarını qorumağa çağırıb.

O, “2012 ci ildə bütün qızların məktəbə getməsi üçün səsimi ucaltdım. Bir silahlı şəxs məktəb avtobusunu saxladı və mənə atəş açdı. Başımdan yaralandım kəllə sümüyümə metal lövhə qoyuldu. Əgər hərəkət etməsək, bir çox əfqanlı qız mənimlə eyni hekayəni paylaşa bilər” deyə bildirib.

Qeyd edək ki, Malala Yusufzai 2014 -cü ildə 17 yaşında Nobel Sülh Mükafatına layiq görülən ən gənc insan olaraq tarixə düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*