Yuxusuzluğun yaratdığı fəsadlar – gərginlik, xərçəng…backend

Yuxusuzluğun yaratdığı fəsadlar - gərginlik, xərçəng...

Yuxu rejimi sağlam həyatın ən vacib hissələrindən biridir. Lakin son zamanlar bir çox insan iş tempi, texnologiyalardan istifadə və stress kimi faktorlara görə yuxu pozğunluğu ilə üzləşir. Mütəxəssislər qeyd edirlər ki, bu problem insan orqanizmində ciddi problemlərə gətirib çıxara bilər.

İnsan bədəninin dincəlməsi və gümrah olması üçün yuxu lazımdır. Bu proses düzgün baş vermədikdə isə bədəndəki sistemlər arasındakı tarazlıq pozulur. Bu zaman immunitet zəifləyir, hormonların tənzimlənməsində problem yaranır, müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Yuxunun gətirdiyi ən böyük problemlərdən biri də yorğunluqdur. Keyfiyyətsiz yuxu zamanı gün ərzində enerji çatışmazlığı hiss oluna bilər. Bu da diqqət, yaddaş problemlərinə, eyni zamanda cinsi zəifliyə qədər gətirib çıxarır. Bu problem həmçinin emosiomal vəziyyətə təsir edir. Əsəb, gərginlik, depressiv hisslər gündəlik iş fəaliyyətinə mane olan bilər.

Adıçəkilən problem fiziki fəaliyyətə də mənfi təsir edir. Belə ki, bu zaman yuxu apnesi yaranır. Hər gecə xoruldayır və yuxudan ayılandan sonra özünüzü yorğun hiss edirsinizsə, sizdə yuxu apnesi ola bilər. Sağlamlığıza təhlükə yaradan yuxu apnesinin əlamətlərini xəstə özü hiss etmir. Onun yaxınları çox səsli xoruldamağını, tənəffüsünün bir nəçə saniyəlik dayanmasını, bunun təkrarlanmasını qeyd edə bilərlər. Yuxuda tənəffüsün 10 saniyədən artıq kəsilməsi, bunun 1 saat ərzində 5 dəfə təkrarlanması sizdə yuxu apnesinin olmasını göstərir.

Hər gecə təkrarlanan bu hal insanın günlük həyatına təsir edir: səhər ayılanda halsızlıq, baş ağrıları, yuxululuq və s. əlamətlər müşahidə olunur. Adi halda insan yatarkən boğazdakı əzələlər hava axınına mane olmasın deyə, tənəffüs yollarını açıq saxlayır. Lakin çəkisi artıq və zərərli vərdişləri olan insanlarda dil və badamcıqların ölçüləri normadan artıq böyüyür. Həmin insan arxası üstə yatarkən böyümüş dil və badamcıqlar nəfəs borusunu tutduğu üçün xoruldayır. Ağır formalarda isə gecəyarı təngnəfəs, ölüm qorxusu hissi ilə yuxudan ayılır. Buna gorə möhkəm xoruldayan insanlar yatarkən vəziyyətlərini dəyişdikdə – sağ və ya sol böyrü üstə yatdıqda xoruldamaları azalır. Çünki böyümüş dil və badamcıq nəfəs yollarından kənara çəkilir.

Yuxu apnesi olan insanlar yüksək qan təzyiqi, ürək xəstəliyi və digər ciddi problemlər riski altında ola bilər. Bu da diabet riskini artırır. Uzunmüddətli yuxu problemləri də yüksək xolesterol, piylənmə, metabolik sindrom və hətta bəzi xərçəng növləri ilə əlaqələndirilir.

Bir çox mütəxəssislər bu problemi yaşamamaq üçün bu tövsiyələri paylaşırlar:

1. Gündəlik yuxu rejiminin yaradılması
2. Rahat yuxu mühitinin təmin edilməsi. Sakit, qaranlıq və sərin oyaqda yatın.
3. Texnoloji məhsullardan kənar qaçmaq: yatmazdan əvvəl mobil telefon və s. cihazlardan uzaq qalmaq.
4. Kofein və spirtli içki istehlakını məhdudlaşdırmaq.
5. Fiziki fəaliyyətlə məşğul olmaq.
6. Stressdən uzaq qalmaq.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*