Stress, səhv yuxu vərdişləri, sağlamlıq problemləri və hormonal dəyişikliklər yuxusuzluğun əsas səbəbləri arasında yer alır. Artrit, astma, reflü kimi xəstəliklər də yuxu keyfiyyətini azaldır.
KONKRET.az pravda.az-a istinadən bildirir ki, düzgün yuxu rejimi qurmaq, ekranlardan uzaq durmaq, kafein və alkoqoldan çəkinmək, idman və meditasiya kimi rahatlama üsullarına üstünlük vermək problemin qarşısını ala bilər.
Yuxusuzluq uzun müddət davam etdikdə immunitet zəifləyir, metabolizma pozulur və xroniki xəstəliklərə zəmin yaradır. Belə hallarda mütləq həkimə müraciət etmək tövsiyə olunur.