“Şadlıq evləri yaxşı mədəniyyət sarayı, kitabxana ola bilər” – TƏKLİFbackend

“Şadlıq evləri yaxşı mədəniyyət sarayı, kitabxana ola bilər” - TƏKLİF

“Dünyanın heç bir yerində toy məclisi ailənin xoşbəxtliyinin təminatçısı deyil. Biz əvvəlcə düşüncələrimizi dəyişməliyik”.

KONKRET.az xəbər verir ki, bu sözləri İqtisadi elmlər doktoru Zahid Məmmədov “AzTV”-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, dünya ölkələrinin statistikasına baxsaq toy mərasimlərinin keçirilməsi məsələsində çox dəyişikliklər var:

“Ailə xoşbəxtliyinin açarı toy ziyafətini həyata keçirməkdə deyil. Dünya ölkələrində fərdi qaydada toyların keçirilməsi geniş şəkildə yayılıb. Ailə üzvləri hər iki tərəfin nənəsi, anası iştirak edir, bir-birini təbrik edir. Bununla da gələcək ailənin xoşbəxt təməli qoyulur”.

Z.Məmmədov toy iqtisadiyyatının Azərbaycanda çox geniş şəkildə yayıldığını da vurğulayıb:

“Bu sektor ölkəmizdə güclü inkişaf edib, hər kəs bu sahədən danışır. Amma bu sektorun fəaliyyətinə yönəlik tədqiqat işi yoxdur. Bu çox qəribədir. Mən bu sketor barədə yazı yazdım və Fransaya dəvət olundum. Bu toy iqtisadiyyatının 100-ə yaxın ayrı-ayrı 6 sektora – modadan, musiqidən, taksidən, kulinariyaya qədər və s. müxtəlif sektorlarla bağlantısı var. Bu, bütün sahəyə təsir edən amillərdir. Bu sektorda olan itki və gəlirlərlə bağlı ciddi tədqiqat işləri olmalıdır və buna qarşı hansı tədbirlər görülməlidir. Qadağalarla heç nəyi həll etmək olmaz. Maarifləndirmə işləri aparılmalıdır”.

“Kimsə xoşbəxt olmaq üçün limuzin sifariş verib yol boyu fotosessiya etməlidir? Yoxsa israfçılığa gedib gecə saat 11-də mütləq plov yeməlidir? Bu düşüncələr birmənalı dəyişdirilməlidir. Toyları idarə edən şəxslər də artıq əvvəlki üslubu qorumur. O vaxt toy məclislərini ağsaqqallar idarə edərdi və gənclərə zəruri tövsiyələr verərdi. İndi isə belə deyil. Türkiyədə müşahidə edirəm, insanlar öz mədəni səviyyələrini yüksəltmək üçün mədəniyyət evlərinə, teatrlara, kitabxanalara gedir. Bizim də bu şadlıq evləri yaxşı mədəniyyət sarayı, kitabxana ola bilər və daha faydalı xidmətlər verə bilər. Düşüncələr dəyişməlidir”,- deyə İqtisadi elmlər doktoru qeyd edib. oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*