Zaqatala şəhər 3 saylı məktəbdə aksiya keçirilir – FOTObackend

Zaqatala şəhər 3 saylı məktəbdə aksiya keçirilir - FOTO

Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə aksiya keçirilir.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb edirlər.

Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. Bildirirlər ki, vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb. Məktəbdə hazırda dərs keçirilmir.

Qeyd edək ki, bu təyinada qədər Məhnurə İsmayılova Zaqatala şəhər şəhid Valeh Bədəlov adına Aşağı Tala kənd tam orta məktəbində direktor işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*