Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba öldü – YENİLƏNİBbackend

Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba öldü - YENİLƏNİB

Zaqatalada 21 yaşlı gəncin bıçaqladığı babası xəstəxanada ölüb.

KONKRET.az xəbər verir ki, çoxsaylı bıçaq yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan 77 yaşlı Yaşar İbrahimov həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Y.İbrahimovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

18:09

Zaqatalada bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, noyabrın 28-də, saat 15:30 radələrində Zaqatala şəhər sakini, 2002-ci il təvəllüdlü Ruslan İbrahimovun onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirdiyi bildirilir.

Məlumata görə, R.İbrahimov psixi xəstəlikdən əziyyət çəkir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*