Zaqatalada avtomobil piyadanı vuraraq öldürdübackend

Zaqatalada avtomobil piyadanı vuraraq öldürdü

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, bu gün saat 19 radələrində Zaqatala şəhəri ərazisində Fərid Səmədov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü rayon sakini Güləsər Əliyevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*