Zaqatalada bədbəxt hadisə: Fəhlənin qolu amputasiya edildibackend

Zaqatalada bədbəxt hadisə: Fəhlənin qolu amputasiya edildi

Zaqatalada zavodda işləyən fəhlənin qolu bədbəxt hadisə nəticəsində amputasiya olunub.

KONKRET.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala rayonu ərazisində fəaliyyət göstərən asfalt zavodunda baş verib.

Zavodda fəhlə işləyən, Balakən rayon sakini, 1967-ci il təvəllüdlü Eldar Süleyman oğlu Dərvişzadə ehtiyatsızlıqdan sağ qolundan ağır xəsarət alıb. E.Dərvişzadə iş yoldaşlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

O, dərhal əməliyyat olunub, sağ qolu bazu hissədən amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

APA

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*