Zaqatalada bədbəxt hadisə – Qaldırıcı kran gənci vurub öldürdübackend

Zaqatalada bədbəxt hadisə - Qaldırıcı kran gənci vurub öldürdü

Zaqatalada qaldırıcı kran kənd sakininin ölümünə səbəb olub.

KONKRET.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Göyəm kəndində baş verib.

Belə ki, kənd sakini Nazim Nail oğlu Bayramov qaldırıcı kranı idarə edərkən arxa tərəfdə olan həmkəndlisi, 1992-ci il təvəllüdlü Şəmsəddin Məhəmməd oğlu İgidovu vurub. Ş.İgidov aldığı ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, orada ölüb.

Faktla bağlı araşdırma aparılır./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*