Zaqatalada dağlıq ərazidə YANĞINbackend

Zaqatalada dağlıq ərazidə YANĞIN

Zaqatala rayonunda dağlıq-meşəlik ərazi yanıb.

KONKRET.az xəbər verir ki, yanğın hadisəsi bu gün axşam saatlarında rayonun Car kəndi inzibati ərazisinə aid olan hissədə baş verib.

Dərhal yanğın olan əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Rayon Meşə Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunub.

Yanğının genişlənməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Yanğının nə qədər ərazini əhatə etməsi hələ ki, məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*