Zaqatalada minik avtomobilləri toquşub, xəsarət alanlar var.
KONKRET.az xəbər verir ki, hadisə Zaqatala- Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, iki avtomobil toqquşub. Qəza zamanı üç nəfər xəsarət alıb.
Yaralılar Zaqatala RMX-nın Cərrahiyyə korpusuna yerləşdiriliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.