Zatulin: Gürcüstan Rusiya ilə mübarizəyə hazırlaşırbackend

Zatulin: Gürcüstan Rusiya ilə mübarizəyə hazırlaşır

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Gürcüstanda baş verən etirazları postsovet məkanında sabitliyi pozmaq üçün növbəti cəhd adlandırıb.

KONKRET.az xəbər verir ki, Zatulin hazırda Gürcüstanda hökumət tərəfdarları ilə Mixail Saakaşviliyə yaxın siyasi qüvvələr arasında Avropa İttifaqı şüarları altında qarşıdurma müşahidə olunduğunu bildirib.

“Şübhə yoxdur ki, Gürcüstanda keçirilən seçkilər realistlərlə ölkəni Rusiyaya qarşı cəbhəyə çəkmək istəyənlərin mübarizəsidir. Çox güman ki, onlar Rusiya ilə mübarizəyə hazırlaşır”, – deyə deputat qeyd edib.

Siyasətçi həmçinin vurğulayıb ki, hazırkı Gürcüstan hökuməti sabitliyi pozmaq cəhdlərinə qarşı dayanmağı bacarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*