Zaur Kərimov 4 ay bundan əvvəl işdən çıxıbmış – Detallarbackend

Zaur Kərimov 4 ay bundan əvvəl işdən çıxıbmış - Detallar

Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsinin rəisi Zaur Kərimov 4 ay bundan əvvəl istefa veribmiş.

KONKRET.az xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında AQTA-nın mətbuat katibi İlkin Kərimov məlumat verib.

Onun sözlərinə görə, həmin tarixdən etibarən bu vəzifəni Elşad Cəbrayılov icra edir:

“Qeyd olunan xəbər köhnə məlumat əsasında hazırlanıb. Belə ki, Zaur Kərimov 4 ay bundan əvvəl, yəni daha dəqiq desək, 16.12.2024-cü il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilib və elə həmin tarixdən etibarən bu vəzifəni Cəbrayılov Elşad Mehman oğlu icra edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*