Zaxarova: “İradə Zeynalova diplomat təhsilinə görə Mavrikiyaya səfir təyin edilib”backend

Zaxarova: "İradə Zeynalova diplomat təhsilinə görə Mavrikiyaya səfir təyin edilib"

Mavrikiyaya səfir təyin olunan jurnalist İradə Zeynalova Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya diplomatik xidmətinin rəsmi nümayəndəsi Mariya Zaxarova şəxsi Telegram kanalında yazıb.

“İradə teleaparıcı deyil, beynəlxalq jurnalist, analitik verilişin müəllifidir, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının fərqlənmə diplomu ilə ikinci ali təhsillidir”, – diplomat qeyd edib.

Zeynalovanın Rusiyanın Mavrikiya Respublikasına səfir təyin edilməsi haqqında sərəncamı sentyabrın 13-də dövlət başçısı Vladimir Putin imzalayıb.

Zeynalova RT telekanalına müsahibəsində jurnalist karyerasını bitirdiyini bildirib.

O qeyd edib ki, NTV-də yayımlanan verilişinin final bölümü bazar günü baş tutacaq.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*