Zaxarova: “Mən sizinlə razı deyiləm, bu, təkcə Azərbaycanda deyil, Ermənistanda da var”backend

Zaxarova: “Mən sizinlə razı deyiləm, bu, təkcə Azərbaycanda deyil, Ermənistanda da var"

“Mən sizinlə razı deyiləm, bu, təkcə Azərbaycanda deyil, Ermənistanda da var”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dekabrın 15-də keçirdiyi mətbuat konfransında deyib.

O, ermənilərin türk general-polkovnikin Azərbaycanın müdafiə nazirinin müşaviri vəzifəsinə təyin olunması ilə bağlı sualına cavab verib.

Zaxarova Ermənistanda başqa ölkələrin vətəndaşlığı olan müşavirlərin olduğunu bildirib.

“Mən sizinlə razı deyiləm. Mən təkcə Azərbaycanda deyil, başqa ölkələrin vətəndaşlığı olan məsləhətçiləri görürəm. Onlar Azərbaycan və Rusiya kimi qonşu ölkələrdə də mövcuddur. Ermənistanda da belə insanlar var. Oxşar mövqeləri demirəm, lakin müxtəlif vətəndaşlıqdan olan insanlar məsləhətləşmələr aparır və məsləhətçi kimi çıxış edirlər”, – deyə Zaxarova bildirib.

O, bəzi hallarda NATO-nun postsovet məkanına nüfuz etməsi barədə suala belə cavab verib:

“Hər bir ölkənin öz tərəfdaşları ilə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək üçün suveren hüququ var. Eyni zamanda biz hesab edirik ki, bu, üçüncü ölkələrə qarşı yönəlməməli və Cənubi Qafqazda qüvvələr balansını pozmamalıdır. Biz bu tezisləri mütəmadi olaraq regiondakı tərəfdaşlarımıza çatdırırıq”.

Xatırladaq ki, bu günlərdə türk general-polkovnik Bəxtiyar Ersay Azərbaycanın müdafiə naziri Zakir Həsənovun müşaviri təyin olunub.

Bu da erməniləri niyəsə “yandırır”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*