Almaniya Kansleri Friedrich Merz-in “hazırda Taurus raketlərinin Ukraynaya tədarükü müzakirə mövzusu deyil” bəyanatını Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “söz oyunu” adlandırıb.
KONKRET.az xəbər verir ki, bunu Zaxarova Telegram kanalında yazıb.
“Kanslerin məqsədi uzunmənzilli raket tədarüklərini ictimai müzakirədən çıxarmaqdır – sanki bu raketlər mövcud deyil. Əslində isə heç kim bilməyəcək ki, Berlin nə qədər və nə vaxt göndərib.” , – deyə o, qeyd edib.
O, bu taktikanı Almaniyanın strateji qərarları gizlətmək cəhdi kimi qiymətləndirib və əlavə edib ki, “demokratiyanı “qorumaq” adı altında şəffaflıq məhv edilir.”
Natiq Səlim,
KONKRET.az