Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Durovu saxlayan Fransa hakimiyyəti ABŞ və Ukrayna prezidentlərinə qarşı ölçü götürməlidir.
KONKRET.az xəbər verir ki, bu barədə informasiya Rusiya mətbuatında yer alıb.
“Əgər Fransa cinayət işi açıb Durovu “mütəşəkkil qrup tərəfindən törədilmiş cinayətlər nəticəsində əldə edilmiş gəlirlərin yuyulması” şübhəsi ilə saxlayıbsa, o zaman Bayden və Zelenskinin Parisə girişi qadağan ediləcək”, – deyə o, qeyd edib.
Günel Mikayılova,
KONKRET.az