Rusiya Gürcüstanla münasibətləri normallaşdırmağa hazırdır. Tbilisinin buna hazır olduğunu isə zaman göstərəcək.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib: “Gürcüstanla ikitərəfli münasibətlərin normallaşdırılmasının gələcək perspektivlərinə gəlincə, Tbilisi buna hazır olan kimi biz də yolumuzu davam etdirəcəyik”, -deyə diplomat qeyd edib.
Vəli Həsənoğlu,
KONKRET.az