Zaxarova: “Rusiya təkcə Susaninə görə Polşanın yarısını tələb etməlidir”backend

Zaxarova: "Rusiya təkcə Susaninə görə Polşanın yarısını tələb etməlidir"

“Rusiya təkcə Susaninə görə Polşanın yarısını tələb etməlidir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşa XİN rəhbərinin müavini Arkadiuş Mulyarçikin SSRİ-yə ünvanladığı iddialara cavab olaraq telegram kanalda yazıb.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Polşanın İkinci Dünya Müharibəsi zamanı SSRİ-nin hərəkətlərindən zərər hesablamasına kəskin cavab verib.

O bildirib ki, Polşa polyak əsgərlər tərəfindən işgəncələrə məruz qalaraq öldürülən kəndli İvan Susaninə görə Rusiyaya ərazisinin yarısını verməlidir.

Zaxarova daha əvvəl bildirmişdi ki, Varşava İkinci Dünya Müharibəsi zamanı və sonra SSRİ-nin hərəkətləri nəticəsində polyakların vurduğu zərəri hesablamağa başlayıb.

“Mən təkcə Susaninə görə Polşanın yarısını tələb etməyi təklif edirəm. Savadsızlara SSRİ-nin Varşavanın faşistlərdən azad edilməsinə və İkinci Dünya Müharibəsindən sonra Polşa dövlətinin bərpasına verdiyi töhfəni xatırladıram”, – deyə Zaxarova bildirib.

Xatırladaq ki, İvan Susanin Kostroma kəndlisi, Rusiyanın milli qəhrəmanıdır. 1609-1618-ci illər Rusiya-Polşa müharibəsi zamanı o, işgəncələrə məruz qalmasına baxmayaraq, düşmən dəstəsinə gənc çar Mixail Romanovun və onun anası rahibə Martanın yeri barədə məlumat verməyib.

Başqa bir versiyaya görə, o, Polşa əsgərlərinə çarın yanına gedən yolu göstərməyə razı olub, lakin onları keçilməz bataqlıqlara aparıb, bundan sonra onlar tərəfindən edam edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*