Zaxarovadan Ermənistan və KTMT ilə bağlı vacib açıqlama: “Sadəcə oyundur”backend

Zaxarovadan Ermənistan və KTMT ilə bağlı vacib açıqlama: “Sadəcə oyundur”

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalır və onun təşkilatda fəal iştirakını bərpa etməsinə heç bir maneə yoxdur.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Ermənistan üzv ölkə kimi bütün hüquq və öhdəliklərini saxlayır. Tərəfdaşların təşkilatda fəal, normal və tamhüquqlu işini bərpa etməsinə heç bir maneə yoxdur. Guya iştirakın dondurulması ilə bağlı deyilənlər isə sadəcə söz oyunudur. KTMT-nin normativ-hüquqi bazasında belə bir forma nəzərdə tutulmayıb,” – o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*