Zəfər Partiyası qərarını sabah AÇIQLAYACAQbackend

Zəfər Partiyası qərarını sabah AÇIQLAYACAQ

“ATA İttifaqı”na daxil olan Zəfər Partiyasının sədri Ümit Özdağ prezident seçkilərinin ikinci turu üçün Kamal Kılıçdaroğlu ilə görüşəcəklərini və qərarı sabah saat 11-də açıqlayacaqlarını bildirib.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, o, bu barədə prezident seçkilərinin ikinci turu üçün keçirilən mətbuat konfransında bildirib.

“Hataydan qayıdandan sonra axşam Kılıçdaroğlu ilə görüşəcəm. Razılığa gələ bilsək, sabah saat 11:00-da Kılıçdaroğlu ilə birgə açıqlama verəcəyik”, – o deyib.

Sinan Oğanın Ərdoğanı dəstəkləməsi barədə qərarına münasibət bildirən Özdağ deyib: 

“Sinan bəyin qərarı öz ixtiyarındadır. Bunun Zəfər Partiyasına aidiyyəti yoxdur. Biz Sinan bəylə fərqli düşünürük. Bunu ictimaiyyətin mühakiməsinə buraxırıq”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*