Zəhra boşanma xəbərinə reaksiya verdibackend

Zəhra boşanma xəbərinə reaksiya verdi

KONKRET.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib: “Xahiş edirəm mənə şəxsi həyatımla bağlı sual verməyin. Mədəniyyətiniz olsun, reytinq xatirinə xəbər paylaşanda qarşı tərəfin fikrini öyrənin,” – Zəhra Quliyeva yazıb.

 

***15:06

Əvvəllər televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərmiş Zəhra Quliyevanın sosial şəbəkələrdə aktivləşməsi onun şəxsi həyatını gündəmə gətirib.

KONKRET.az xəbər verir ki, Z.Quliyeva son paylaşımlarında terapiyalarla məşğul olduğunu nümayiş etdirir. Bununla əlaqəli tirajlanan xəbər mətnlərində də keçmiş aparıcı sabiq nazir Mədət Quliyevin xanımı kimi təqdim edilsə də, izləyicilər cütlüyün ailə münasibətlərinin bitdiyini, onların rəsmi şəkildə boşandıqlarını qeyd ediblər.

Əldə etdiyimiz məlumata görə, Zəhra Quliyeva və Mədət Quliyev bir müddət əvvəl ayrılıblar. Birgə nikahdan doğulan övladlar ana ilə qalır, Mədət Quliyev onların maddi təminatını tam şəkildə qarşılayır.

Qeyd edək ki, general-polkovnik Mədət Quliyev daha əvvəl müdafiə sənayesi naziri vəzifəsində çalışıb. O, 2023-cü ildən Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini icra edir.

(qafqazinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*