30 kq yerli krevetka məhsulu satışdan kənarlaşdırıldı – FOTObackend

30 kq yerli krevetka məhsulu satışdan kənarlaşdırıldı - FOTO

Bakının Nəsimi rayonunda R.Məmmədov küçəsi, 3 mkr, ev 5A ünvanında fəaliyyət göstərən “Krevetka” mağazasında yoxlama aparılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, mağaza fiziki şəxs Qasımov Tamerlan Şükrət oğluna məxsus olub.

“Baxış zamanı yayılan videoməlumatdakı məhsulla eyni əmtəə nişanlı ümumi çəkisi 28 kq dondurulmuş (soyulmuş, kəsilmiş) krevetka məhsulu müəyyən edilib. Mikrobioloji və tərkib elementlərinin yoxlanılması məqsədilə məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Yoxlama zamanı qida obyektində müvafiq icazə sənədləri olmayan və qanunvericiliyin tələblərinə uyğun etiket və markalanma ilə təmin edilməyən ümumi çəkisi 30 kq yerli krevetka məhsulu da aşkarlanaraq satışdan kənarlaşdırılıb.

Nöqsanlarla bağlı mağaza rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.

Image 1 of 3

Image 2 of 3

Image 3 of 3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*