Zelenski 162 azərbaycanlıya Ukrayna vətəndaşlığı verdibackend

Zelenski 162 azərbaycanlıya Ukrayna vətəndaşlığı verdi

2022-ci ildə Ukrayna vətəndaşlığını alan Azərbaycan vətəndaşlarının sayı məlum olub. 

KONKRET.az xəbər verir ki, Ukrayna Dövlət Miqrasiya Xidmətindən “Report” bildirilib ki, il ərzində ümumilikdə 162 nəfər Azərbaycan vətəndaşı Ukrayna vətəndaşlığını alıb.

Bunlardan 14 nəfər Ukrayna prezidenti fərmanı ilə vətəndaşlıq alıb. Vətəndaşlıq alanlardan 2-si uşaqdır.

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən Rusiyanın geniş miqyaslı hücumu nəticəsində Ukraynada müharibə gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*