Zelenski ABŞ müdafiə naziri ilə görüşəcəkbackend

Zelenski ABŞ müdafiə naziri ilə görüşəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Sinqapura səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə Prezident Zelenski “X” hesabında bildirib.

Onun Sinqapura səfərinin məqsədi bu ölkədə keçirilən Şanqir-La Dialoq müdafiə sammitində iştirakdır.

Ukrayna dövlət başçısı bildirib ki, o, konfransda çıxış edəcək və bir sıra görüşlər keçirəcək.

“Sinqapur Prezidenti Tharman Şanmuqaratnam və Baş nazir Lourens Vonq, Timor-Leste Prezidenti Xose Ramos-Horta, ABŞ müdafiə naziri Lloyd Ostin və sinqapurlu investorlarla görüşəcəyəm”, o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*