Zelenski Baş Qərargah rəisini də dəyişdibackend

Zelenski Baş Qərargah rəisini də dəyişdi

Ukrayna prezidenti Vladimir Zelenski Sergey Şaptalanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edərək, onun yerinə ərazi müdafiə qüvvələrinə komandanlıq edən Anatoli Bargileviçi təyin edib.

KONKRET.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yayımladığı videomüraciətində məlumat verib.

“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini əvəz etdim. Bu iki ildə müharibədə göstərdiyi xidmətə görə general-leytenant Sergey Şaptalaya təşəkkür edirəm. Ali Baş Komandan Aleksandr Sırskinin təklifi ilə Baş Qərargahın yeni rəisi vəzifəsinə general-mayor Anatoli Bargileviç təyin etdim”, – deyə Zelenski bildirib.

Bundan əvvəl Ukrayna KİV-i Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən istefa verməsi ilə yanaşı, Şaptala da daxil olmaqla onun ətrafının da vəzifəsindən azad ediləcəyini yazmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*