Ukrayna prezidenti Volodimir Zelenski Suriyanın dövlət başçısı Əhməd əl-Şaraa ilə görüş keçirib.
KONKRET.az xəbər verir ki, Zelenski görüş zamanı bildirib:
“Bu gün Ukrayna və Suriya diplomatik münasibətlərin bərpasına dair Birgə Kommunike imzalayıb. Biz bu mühüm addımı alqışlayır və Suriya xalqını sabitliyə aparan yolda dəstəkləməyə hazırıq”.
Onun sözlərinə görə, danışıqlarda tərəflər əməkdaşlığın inkişafı üçün perspektivli sahələri, hər iki ölkə üçün mövcud təhlükəsizlik təhdidlərini və onlara qarşı birgə mübarizənin zəruriliyini müzakirə ediblər.
“Biz qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər qurmağa razılaşdıq”, – Zelenski əlavə edib.
Müşviq Tofiqoğlu
KONKRET.az