Zelenski “İlin adamı” SEÇİLDİbackend

Zelenski "İlin adamı" SEÇİLDİ

Volodimir Zelenski “İlin adamı” seçilib.

KONKRET.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” qəzeti Ukrayna Prezidenti Vladimir Zelenskini “İlin adamı” elan edib.

Nəşr dövlət başçısını “Rusiya təcavüzünə qarşı mübarizədə Ukrayna xalqının cəsarət və dözümlülüyünün təcəssümü” adlandırıb.

Qəzet yazır: “Ukrayna Prezidenti bu əsrin gedişatını müəyyən edə biləcək avtoritarizmlə qlobal mübarizədə demokratik dünyanın flaqmanı oldu”.

Məhz bu səbəblərə görə Financial Times Zelenskini “İlin adamı” seçib.

“Prezident olduğu dinc dövrdə Zelenskiyə qarşı çoxsaylı tənqidlərə baxmayaraq, o, müharibə zamanı özünü həm Ukraynanı işğala müqavimət göstərmək, həm də Qərb ölkələrini bu işdə Ukraynaya kömək etmək üçün bir araya gətirə bilən yaxşı lider kimi göstərib”, – deyə nəşr bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*