Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini Aleksandr Tarasovski tutduğu vəzifədən azad edilib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski sərəncam imzalayıb.
“Aleksandr Alekseeviç Tarasovski Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sədr müavini vəzifəsindən azad edilsin”, – sənədin mətnində deyilir.
Onun işdən çıxarılmasının səbəbi açıqlanmır.
Qeyd edək ki, Tarasovski 2022-ci il yanvarın 21-dən Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini vəzifəsində çalışıb.