Zelenski: “Planda Rusiya ilə danışıqlar nəzərdə tutulmayıb”backend

Zelenski: "Planda Rusiya ilə danışıqlar nəzərdə tutulmayıb"

“Ukraynanın qələbə planında Rusiya ilə danışıqlar nəzərdə tutulmayıb”.

KONKRET.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ABC telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, burada hər hansı güzəştdən söhbət gedə bilməz. Bildirilir ki, danışıqlar diplomatik məsələləri həll etmək üçün aparıla bilər.

Xatırladaq ki, Ukrayna lideri müharibədə qalib gəlmək üçün hazırladığı planı müttəfiq ölkələrə təqdim edəcək.

İddialara görə, plana Ukraynanın NATO və Avropa İttifaqına daxil olması da yer alıb.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*