Zelenski: “Qələbə planımızın 90 faizi hazırdır”backend

Zelenski: “Qələbə planımızın 90 faizi hazırdır”

Prezident Volodimir Zelenski axşam müraciətində bildirib ki, Ukrayna Rusiya Federasiyasına qarşı müharibədə qələbə üçün planın zəruri bəndlərini müəyyən edib və gələn həftə onu müttəfiqlərinə təqdim etməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

“Gün ərzində müxtəlif formatlarda Ukraynanın Qələbə Planını hazırlamaq üçün görüşlər keçirilir. Hər bir istiqamət üzrə əsas şəxslər cəlb olunub.

Ukrayna üçün lazım olan addımlar artıq müəyyən edilib. Sülh gətirmək üçün bizə ən güclü mövqe lazımdır. Hər bir addım üçün dəqiq nəyin lazım olduğunu bilirik. Mümkünsüz bir şey yoxdur. Planın 90%-dən çoxu yazılıb”, deyə Ukrayna lideri yekunlaşdırıb.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*