Zelenski: “Rusiya ilə əsirlərin mübadiləsinə dair danışıqlarda Azərbaycan da iştirak edib”backend

Zelenski: "Rusiya ilə əsirlərin mübadiləsinə dair danışıqlarda Azərbaycan da iştirak edib"

Ukrayna əsir düşən və Rusiyada həbsdə saxlanılan Krım tatarlarının mübadiləsi üçün fəal işləyir.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən Krım Platformasının IV Sammiti iştirakçılarının mətbuat konfransında deyib.

Zelenskinin sözlərinə görə, Ukrayna bu istiqamətdə BƏƏ, Qətər, Türkiyə və Azərbaycan kimi tərəfdaşlar vasitəsilə işləyir, çünki bu müsəlman ölkələrinin məsələdə böyük təsiri var.

Eyni zamanda, o, qeyd edib ki, Rusiya tərəfi “siyasi məhbuslarımızın, o cümlədən Krım tatarlarının” azad edilməsi tələblərinə cavab vermək istəmir.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*