Zelenski sabah Türkiyəyə gedirbackend

Zelenski sabah Türkiyəyə gedir

Ukrayna Prezidenti Volodimir Zelenski sabah Türkiyəyə işgüzar səfər edəcək.

KONKRET.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah İstanbula gələcək.

Səfər çərçivəsində Ərdoğan və Zelenski təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçirəcəklər.

Görüşlərdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr, iyulun 17-də müddəti başa çatacaq “Taxıl Dəhlizi” sazişi və iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*