Ukraynada prezident seçkilərinin keçiriləcəyi təqdirdə, hazırkı lider Vlodimir Zelenski məğlub ola bilər.
KONKRET.az xəbər verir ki, bu barədə “The Economist” jurnalı yazıb.
Qeyd olunub ki, seçkilərin ikinci tura qalacağı ehtimal olunur. Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və adıçəkilən ölkənin Londondakı səfiri Valeri Zalujnıya Zelenskinin əsas rəqibi olacaq və seçkilərdə liderlik əldə edəcək.
Jurnal yazır ki, sabah seçkilər keçirilsəydi, Zelenski 2019-cu ildə əldə etdiyi böyük qələbəni təkrarlamaqda çətinlik çəkəcəkdi.
Nəşr daha əvvəl qeyd edib ki, seçkilər 2025-ci il mayın 25-də keçiriləcək.
Məlik,
KONKRET.az