Zelenski Trampla DANIŞDI – Müharibə bitir?backend

TƏCİLİ! Zelenski Trampla DANIŞDI - Müharibə bitir?

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı apararaq, müharibənin başa çatdırılması istiqamətində planlaşdırılan danışıqları müzakirə edib.

KONKRET.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, söhbətə Trampın xüsusi nümayəndələri Stiv UitkoffCared Kuşner də qoşulub. Ukrayna lideri komandaların hazırda intensiv şəkildə çalışdığını vurğulayaraq göstərilən səylərə görə təşəkkür edib:

“Bir az əvvəl ABŞ prezidenti Donald Tramp ilə danışdım. Söhbətə Stiv Uitkoff və Cared Kuşner də qoşuldu. Komandalarımız hazırda fəal işləyir və müharibənin başa çatdırılması ilə bağlı danışıqlarda göstərilən səylərə görə minnətdarlığımı bildirdim”.

Zelenski həmçinin PURL proqramının əhəmiyyətini və Ukraynanın ABŞ-dan əldə edə biləcəyi hava hücumundan müdafiə sistemlərinin ölkənin təhlükəsizliyi üçün vacibliyini qeyd edib.

Onun sözlərinə görə, danışıq zamanı sabah Cenevrədə keçiriləcək ikitərəfli görüşdə müzakirə olunacaq məsələlər, eləcə də martın əvvəlində üçtərəfli formatda planlaşdırılan növbəti danışıqlara hazırlıq mövzuları da gündəmə gəlib:

“Sabah Cenevrədə nümayəndələrimizin ikitərəfli görüşdə üzərində işləyəcəyi məsələləri və martın əvvəlində üçtərəfli formatda keçiriləcək növbəti görüşə hazırlığı müzakirə etdik”.

Ukrayna prezidenti bu danışıqların liderlər səviyyəsində görüşün təşkilinə imkan yaradacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Tramp da bu mərhələli yanaşmanı dəstəkləyir:

“Prezident Tramp bu addımların ardıcıllığını dəstəkləyir. Yalnız bu yolla bütün mürəkkəb və həssas məsələləri həll etmək və nəhayət müharibəyə son qoymaq mümkündür”, – deyə Zelenski yekunlaşdırıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*