“Azovstal”ın 5 müdafiə komandiri Volodimir Zelenski ilə birlikdə Türkiyədən Ukraynaya qayıdıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.
“Biz Türkiyədən vətənə qayıdırıq. Ukraynalı əsgərlər Denis Prokopenko, Svyatoslav Palamar, Serhiy Volınski, Oleq Xomenko, Denis Şleqa nəhayət ailələrinin yanında olacaqlar”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, Azov döyüşçüləri 2022-ci ilin sentyabrında rus əsirliyindən azad olunublar. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə bağlanmış müqavilənin şərtlərinə görə, beş ukraynalı komandir müharibənin sonuna qədər tam təhlükəsizlik şəraitdə Türkiyədə qalmalı idi. Ancaq görünür, prezident Zelenski türkiyəli həmkarını onları evlərinə buraxmağa razı salıb.
Burhan,
KONKRET.az