Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətində irəlilədiyini açıqlayıb.
KONRKET.az bildirir ki, o, özünün teleqram kanalında bildirib.
“Az öncə baş komandan Oleksandr Sırski məruzə edirdi. Qüvvələrimiz bu gün Kursk vilayətində fəallığı davam etdirir və mövqeləri qoruyur”, – deyə Ukrayna prezidenti qeyd edib.
O, ukraynalı hərbçilərin Belqorod istiqamətindəki uğurlarını da qeyd edib.
“Belqorod vilayəti ərazisində hərbçilərimiz irəliləyib və nəzarət zonamızı böyüdüb”, – deyə Zelenski sözlərinə əlavə edib.
Müşviq Tofiqoğlu
KONKRET.az